| Intro | wetenschapper |
| Was | Scientist |
| Type | Science |
| Gender | female |
| Birth | 1941, Baku |
| Death |
2014, Baku (aged 73 years) |
Nigar Seyidova (tam adı: Seyidova Nigar Əhməd qızı) — dosent, Kimya elmləri namizədi. Əhməd Seyidovun kiçik qızı, Fikrət Seyidovun bacısı.
Haqqında
1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun Aslanbəyli kəndindəndir. 1958-ci ildə Bakı şəhərindəki 6 nömrəli məktəb-liseyi bitirmiş, eyni zamanda musiqi təhsili almışdır. 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Nigar Seyidova AMEA-nın Qeyri-üzvi Kimya İnstitunun aspiranturasında oxumuş, 1967-ci ci ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün uğurla dissertasiya müdafiə etmişdir.
2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Elmi fəaliyyəti
1969-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır, Azərbaycan və rus dillərində mühazirələr oxumuşdur. Yüksək elmi səviyyəsinə görə AAK dosent Nigar Seyidovaya aspirantlara rəhbərlik etməyə icazə vermişdir. Xeyli elmi kadrlar yetişdirmişdir.
Elmi məqalələri, əsərləri kimyanın ən aktual məsələlərinə həsr olunmuş “Kosmos və kimya” adlı əsəri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır.
Ailəsi
Seyidovlar nəslindəndir. Əhməd Seyidovun ən kiçik övladı, Fikrət Seyidovun bacısıdır. Həyat yoldaşı Nəsibov Mehralı əslən Qazax rayonunun Qaymaqlı kəndindəndir. 2 oğlu var.
Mənbə
- Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.
- Allahverdi Eminov. Əhməd Seyidov Fenomeni. Bakı: 2003, 117 səh.