Dzjeychoen Valech ogli Mamedov’s biography, net worth, fact, career, awards and life story

Is Scientist 
From Russia 
Azerbaijan 
Type Science 
Gender male
Birth 28 January 1975, Şükürbəyli, Azerbaijan
Age: 45 years
Star sign Aquarius

Ceyhun Məmmədov — Azərbaycan İlahiyyat İnstitutunun rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru.

Həyatı

Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində dünyaya gəlib.

Təhsili

  • 1991-1994-cü ildə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır.
  • 1994-1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır.
  • 2000-2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir.

Peşə fəaliyyəti

  • 1998-2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi.
  • 2001-2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır. Bu komitədə
  • 2002-2006-cı illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin “Dövlət və Din” ictimai fikir toplusunun redaktoru olmuşdur.
  • 2012-2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır.
  • 2013-2014-cü illərdə AMEA-nın Şərqşünaslıq institutunda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur.
  • 2015-ci ildən AR Prezidentinin Adminstrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi kimi işləmişdir.
  • 2017-2018-ci illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışmışdır.

Elmi fəaliyyəti

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dissertant olmuşdur. Namizədlik dissertasiyasını AMEA-da Dinşünaslıq ixtisası üzrə “Şəmsəddin əs-Səxavi və onun “Richanul-kəffəti fi bəyəni nubzətin min əxbəri əhlis-suffə əsərinin islamda yeri” mövzusunda müdafiə etmişdir.

Elmi məqalələri

  • Azərbaycanda dini dözümlülük ənənələrinin bərqərar olmasında Heydər Əliyevin rolu, “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər”, Beynəlxalq Konfrans, 3-4 aprel 2007-ci il
  • Heydər Əliyev və Azərbaycanda milli-mənəvi dəyərlərə qayıdış, “Dövlət və din” jurnalı, Bakı, 2008 (may)
  • Azərbaycanda toleranrlıq, “Dövlət və din jurnalı”, Bakı, 2006 (noyabr)
  • İslamda məzhəblərin yaranması, “Dövlət və din jurnalı”, Bakı, 2010 (mart-aprel)
  • Dini maarifləndirmənin aparılmasında informasiya texnologiyalarının rolu, “Dövlət və din jurnalı”, Bakı, 2010 (iyul-avqust)
  • İnsan həyatında vaxtın dəyəri, “Dövlət və din” jurnalı, Bakı, 2009 (fevral)
  • İslam və insan sağlamlığı, “Dövlət və din” jurnalı, Bakı, 2007 (mart)
  • İslamda vəqf, “Dövlət və din jurnalı”, Bakı, 2007 (iyul)
  • Məhəmməd əs-Səxavinin yaradıcılığı, “Elmi axtarışlar” jurnalı, Bakı, 2004
  • Məhəmməd əs-Səxavinin suffə əhli haqqında, “Elmi axtarışlar” jurnalı, Bakı, 2006
  • İslamda ilk təlim və təhsil ocağı, “Elmi axtarışlar” jurnalı, Bakı, 2006
  • Qurani-Kərim suffə əhli haqqında, “Elmi axtarışlar” jurnalı, Bakı, 2006
  • Suffə əhlinə peyğəmbər qayğısı, “Dövlət və din” jurnalı, Bakı, 2009 (iyul-avqust)
  • “Azərbaycanda dövlət-din münasibətləri” “Dövlət və din jurnalı”, Bakı,2007 (mart)
  • “Azərbaycan Respublikasında din və etiqad azadlığı”, “Dövlət idarəçiliyi və təcrübə” jurnalı, Bakı, 2016
  • “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri”, “Dövlət və din” jurnalı, Bakı, 2016 (mart)
  • “Dini ekstremizmin qarşısının alınması: mövcud vəziyyət və təhdidlər”, “Dövlət və din” jurnalı, Bakı, 2016 (oktyabr)
  • “Azərbaycanda tolerantlıq: tarix və müasirlik”, “Dövlət və din” jurnalı, Bakı, 2016 (dekabr)
  • “Sovet hakimiyyəti illərində Azərbaycan SSR-də dövlət-din münasibətləri (1920-1927-ci illər) “Dövlət və din” jurnalı, Bakı, 2017 (aprel)
  • “Azərbaycanda din təhsili”, “Din araşdırmaları” jurnalı, Bakı, 2018 (dekabr)

Rektor təyin edilməsi

Azərbaycan İlahiyyat İnsititutu 2018-ci il fevral ayının 9-da Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılmışdır. 2018-ci ilin may ayının 31-də Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla isə Ceyhun Məmmədov bu insitituta rektor təyin olunmuşdur.

You May Also Like