| Intro | Azerbaijani journalists | ||||||||||
| Known for | Dünyada tanınmış jurnalistdir + Он всемирно известный журналист + He is a world-renowned journalist. | ||||||||||
| Was |
Journalist Television journalist |
||||||||||
| From | Azerbaijan | ||||||||||
| Type |
Film, TV, Stage & Radio Journalism |
||||||||||
| Gender | male | ||||||||||
| Birth | 1 November 1953, Garabag, Agdam | ||||||||||
| Death |
O, həmişə yaşayacaq + Он всегда будет жить + He will always live. |
||||||||||
| Residence | Baku | ||||||||||
| Family |
|
BİOQRAFİYA
Adil İrşadoğlu (tam adı: Adil İrşad oğlu Əliyev, doğum – 1 noyabr 1953, Qarabağ, Ağdam, Azərbaycan Respublikası – Azərbaycan jurnalisti, Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1980), Birinci Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvü və s…
MÜNDƏRİCAT :
1 Həyatı
2 Mükafatları
3 Ailəsi
4 Məqalələri
5 Filmoqrafiya
6 İstinadlar
7 Mənbə
HƏYATI :
Adil İrşadoğlu 1 noyabr 1953-cü ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1961-ci ildə Ağdam şəhər 1saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin orta məktəbi əla qiymətlərlə başa vurmuşdur. Orta məktəbdə təhsil almaqla yanaşı, Üzeyir Hacıbəyov adına Ağdam şəhər Orta İxtisas Musiqi Məktəbində oxumuş (1968-1972), tar ixtisası üzrə bitirmişdir. S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində ali təhsıl almış (1972-1977), əla qiymətlərlə qurtarmışdır.
Adil İrşadoğlu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göndərişinə əsasən, 1977-1997-ci illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləmişdir.
Teleradio Verilişləri Komitəsinin rəhbərliyi ictimai işlərdəki səriştəliliyini nəzərə alaraq onu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm – Leninizm Universitetinə siyasi təhsil almağa göndərmiş, 1982-ci ildə həmin universiteti əla qiymətlərlə başa vurmuşdur.
Adil İrşadoğlu 1980-ci ildə Gənc Jurnalistlərin Moskva şəhərində keçirilən Ümumittifaq Müşavirəsinin iştirakçısı olmuşdur. 1980-ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür.
Adil İrşadoğlu Dağlıq Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989-cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaqlarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak etmişdir. Həmçinin, dövlət televiziyasının hərbi vətənpərvərlik verilişləri baş redaksiyasının təşkil olunmasında və fəaliyyət göstərməsində əlindən gələni əsirgəməmişdir. Teleradio Verilişləri Komitəsində işlədiyi müddətdə 3000-dən çox veriliş hazırlayıb efirdə göstərmişdir. 1988-ci ildən bugünədək Qarabağla bağlı hadisələrdə yaxından iştirak etmişdir.
Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Cəbhədən hazırladığı verilişlər yəqin ki, AzTV-nin arxivində indi də saxlanılır.
Adil İrşadoğlu Dövlət Televiziya və Radio Verilişləri Şirkətində fəaliyyətinin son illərində cəbhə bölgələrindən, ön mövqedən canlı verilişlər hazırlayıb xalqımıza göstərməyi vətəndaşlıq borcu bilmişdir. Teleşirkətin 1-ci Qarabağ Müharibəsi arxivinin yaradılmasında yaxından iştirak etmişdir.
1997-ci ildə bir sıra subyektiv amillərlə bağlı 20 il can qoyduğu dövlət teleşirkətində işləməkdən imtina etmişdir. Teleşirkətdə işlədiyi zaman müxtəlif qəzet və jurnallarda maraqlı yazıları ilə çıxış etmişdir. Sonralar “Yeni dünya” qəzetinin baş redaktorunun birinci müavini, zamanında populyarlıq qazanmış “De Fakto” qəzetinin yaradıcısı və ilk baş redaktoru, “Çempion”adlı həftəlik idman qəzetinin baş məsləhətçisi, “Sara-ekspress” qəzetinin məsul katibi, “Olaylar” qəzetinin baş direktoru, “Şans” qəzetinin baş direktoru, “Novıy mir” qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan “Əlillər” qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan “Azad Qarabağ” qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse prezidenti olmuşdur.
17 saylı Yasamal rayon üçüncü seçki dairəsi üzrə 29 saylı seçki məntəqəsində 4 dəfə seçki komissiyasının katibi şləmişdir. Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvüdür. Jurnalist – Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavinidir. İctimai əsaslarla işlədiyinə görə, heç bir gəliri yoxdur. Hazırda “İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və baş direktorudur.
MÜKAFATLARI :
Adil İrşadoğlu hazırladığı verilişlərə görə, müxtəlif mükafatlara layiq görülmüşdür. Xalq təsərrüfatının inkişaf etdirilməsində yaxından iştirak etdiyinə görə, SSRİ XTNS Baş Komitəsinin 8 dekabr 1981 – ci il tarixli qərarına əsasən, xüsusi medalla təltif olunmuşdur. Respublikanın yenilikçi və səmərələşdiricilərinin xalq təsərrüfatının inkişaf etdirilməsindəki fəaliyyətini geniş və mütəmadi işıqlandırdığına görə, Yenilikçi və Səmərələşdiricilərin Ümumittifaq Cəmiyyəti Bakı Şəhər Sovetinin Fəxri fərmanına layiq görülmüşdür. Məhsuldar və keyfiyyətli əməyinə görə, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin 5 noyabr 1987 – ci il tarixli qərarına əsasən, Fəxri fərmanla təltif edilmişdir. Ordumuzun formalaşmasında yaxından iştirak etdiyinə görə, “N” saylı hərbi hissə komandirinin 17 noyabr 1994 – cü il tarixli qərarına əsasən, Fəxri fərmana layiq görülmüşdür. Cəbhədə əsgər və zabitlərimizin həyatından hazırladığı salnamələrə görə, “N” saylı hərbi hissə komandirinin 1 avqust 1995 – ci il tarixli qərarına əsasən, “ŞAH İSMAYIL XƏTAİ” adına Fəxri fərmanla mükafatlandırılmışdır. 25 oktyabr 2018-ci il tarixində Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə və 65 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi olan “Qızıl qələm” lə təntənəli şəkildə təltif edilmişdir. 29 dekabr 2018-ci il tarixində Qarabağ müharibəsi zamanı əsgər və zabitlərimizin şücaətindən bəhs edən silsilə televerilişlər hazırladığına, qazilərə daim mənəvi dəstək olduğuna görə və 65 illik yubileyi münasibətilə “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” ictimai birlikləri tərəfindən Fəxri Diplomla təltif olunmuşdur.
AİLƏSİ :
Atası İrşad Məhəmməd oğlu Əliyev (25.02.1924-13.03.1993) soy-kök etibarilə Ağdamın Sarıhacılı və Seyidli kəndlərindəndir. Qarabağ xanı Pənahəli xanın əqrabasıdır. Azərbaycanın görkəmli yazıçısı, dramaturqu və maarif xadimi Süleyman Sani Axundovun mənsub olduğu nəslin ləyaqətli nümayəndəsidir. Ömrünün axırınadək dövlət orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ağdamın erməni təcavüzkarları tərəfindən işğalı ərəfəsində, 1993 ilin mart ayında haqsızlıqlara tab gətirməyərək dünyasını dəyişmişdir. Ağdamın “Fəxri Xiyaban”ında dəfn edilmişdir.
Anası Qənirə Rüstəm qızı Rüstəmova (30.12.1932-27.09.2012) soy-kök etibarilə Ağdamın Xıdırlı kəndindəndir. 50 ildən çox Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbin hər iki bölməsində – Azərbaycan və rus bölməsində fizika – riyaziyyat fənnlərindən dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 saylı orta məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. Qənirə Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı orta məktəbdə fizika – riyaziyyat müəlliməsi işləmişdir. O, məcburi köçkün həyatını Bakı şəhərində, övladı Adil İrşadoğlunun ailəsində yaşamış və bu ailənin gözü önündə dünyasını dəyişmişdir.
Bacısı Elmira İrşad qızı Əliyeva (1955-ci il təvəllüdlü) müəllimədir. Övladları Nigar, Ülviyyə, Fuad…
Qardaşı Oqtay İrşad oğlu Əliyev (1960-cı il təvəllüdlü) Biləsuvar, Ağdam, Goranboy, Yardımlı rayonlarının milli təhlükəsizlik idarələrində, sonradan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində nümunəvi çalışmış və 2006 – cı ilin fevral ayında (27 fevral) iş başında vəfat etmişdir. Övladları Babək, Nəriman…
Həyat yoldaşı Yeganə Ənvər qızı Qənbərova (1957-cı il təvəllüdlü) həkimdir. Övladları Fərhad Adil oğlu Əlizadə, Elşad Adil oğlu Əlizadə, nəvəsi Ayan Fərhad qızı Əlizadə…
MƏQALƏLƏRİ :
1. Ermənistan – Azərbaycan müharibəsi (Ortaq türk tarixi) – Xronoloji gerçäk tarix – 1.(Birinci märhälä : Başlanğıc (fevral 1988 – yanvar 1990 – ci illär) http://realistadil.blogspot.com/2016/04/ermnistan-azarbaycan-muharibsi.html
2. Ermənistan – Azərbaycan müharibəsi (Ortaq türk tarixi) – Xronoloji gerçäk tarix – 2.(yanvar 1990 – avqust 1991 – ci illär).
http://realistadil.blogspot.com/2016/04/ermanistan-azarbaycan-muharibasi.html
3. Ermənistan – Azərbaycan müharibəsi (Ortaq türk tarixi) – Xronoloji gerçäk tarix – 3.(avqust 1991 – may 1992 – ci illär).
http://realistadil.blogspot.com/2016/04/ermanistan-azarbaycan-muharibasi_20.html
4. Ermənistan – Azərbaycan müharibəsi (Ortaq türk tarixi) – Xronoloji gerçäk tarix – 4.(iyun 1992 – yanvar 1993 – cü illär).
http://realistadil.blogspot.com/2016/04/ermanistan-azarbaycan-muharibasi_13.html
5. Qulağıma bir səs gəldi… http://realistadil.blogspot.com/2016/03/qulagima-bir-ss-gldi.html
6. Qardaş itirənlər qanad itirir… http://realistadil.blogspot.com/2012/02/qardas-itirnlr-qanad-itirir.html
7. Canda can varkən ruhunu şad etmək dostluq borcumdur. http://realistadilaz.blogcu.com/adil-irsadoglu-liyev-canda-can-vark-n-ruhunu-sad-etm-k/13267422
8. Bu gün, həm də qanadımı itirdiyim gündür. http://realistadil.blogspot.com/2013/02/bu-gun-yeddi-il-bundan-vvl-qanadm_26.html
9. Hər xoş münasibət dostluq deyil…Tanınmış el ağsaqqalı Camal Abbas oğlu İsmayılov haqqında sənədli-publisist yazı.
http://realistadil.blogspot.com/2016/12/hr-xos-munasibt-dostluq-deyil.html
10. Yaxşılıqları daşlara yazaq… Tanınmış hüquqçu, prokuror Habil Surxay oğlu Qurbanovun 60 illik yubileyi münasibətilə çap edilən kitabda onunla bağlı xatirələr.
FİLMOQRAFİYA (Videoları və radio verilişləri) :
1. Ağdam müharibə illərində -1989-1993/№16 – https://www.youtube.com/watch?v=TgIlHM5NuVc
2.Milli Qəhrəman A.Məhərrəmov (Fred Asif)-1994/№17 – https://www.youtube.com/watch?v=_NbkKCsmavQ
3.A.İrşadoğlunun”Vətən Səyyar Briqadası”cəbhədə-1993/№18 – https://www.youtube.com/watch?v=PCu5QNWGiOg&t=276s
4.A. İrşadoğlunun”Vətən Səyyar Briqadası”hospitalda-1993/№19 – https://www.youtube.com/watch?v=9pScK8jdwCs&t=245s
5.Unudulmaz xatirələr-Milli Radioda 1-ci çıxışım/№10 – https://www.youtube.com/watch?v=4WnFnzTUpVw&t=5s
6.Unudulmaz xatirələr-Milli Radioda 2-ci çıxışım/№11 – https://www.youtube.com/watch?v=T5o33PhNCbA&t=2s
7.“Azərbaycan Əsgəri”-1 (Çəkiliş qrupumla Goranboyun müdafiəsində) – https://www.youtube.com/watch?v=x3e87TeFS-c&t=193s
8.“Azərbaycan Əsgəri”- 2 (Çəkiliş qrupumla Ağdam və Tərtərin müdafiəsində) – https://www.youtube.com/watch?v=xgeYPiEFzQc&t=424s
9.Qarabağ! – Bu yarada qan olsaydım, olsaydım… – https://www.youtube.com/watch?v=3B2aVQSCoC0
10.Marş – Azərbaycan əsgəri – Bu ada qurban/A-12/ – https://www.youtube.com/watch?v=1X04BCFn_Ek
11.Mənfur düşmən, əlini çək Vətənimdən! – https://www.youtube.com/watch?v=00Gi44HgDfQ
12.Külək, məni yaralama/№1/ – https://www.youtube.com/watch?v=k4sjSBNCRF4
13.Rəhmətlik Mehdi babamın at ilxılarının törəmələri fərasətlərilə bu gün dünya miqyasında… – https://www.youtube.com/watch?v=T3jmGOKtVDk
İSTİNADLAR :
1. ↑ 1,0 1,1 1,2 Surxay Əlibəyli, Sarvan Ağayev. Ağdamım-qibləgahım (Birinci kitab). Bakı şəhəri, ” Şuşa ” nəşriyyatı, 2001
2. ↑ 2,0 2,1 German. Bu il də tut yemədik. Bakı şəhəri, ” Təknur ” nəşriyyatı, 2008
MƏNBƏ :
1. Adil İrşadoğlu (Əliyev). Ozüm haqqında, sən kimsən, Adil İrşadoğlu (Əliyev)? – http://realistadil.blogspot.com/2012/02/ozum-haqqinda.html
2. Surxay Əlibəyli, Sarvan Ağayev. Ağdamım-qibləgahım (Birinci kitab). Bakı şəhəri, ” Şuşa ” nəşriyyatı, 2001.
3. Şahbaz Şamiloğlu. Müharibə adamı – http://adilirshadoglu.blogspot.com/2016/10/muharib-adami.html
4. Mustafa Çəmənli. 60 yaş nədir ki,.. – http://525.az/site/?name=xeber&duzelis=0&news_id=12931#gsc.tab=0
5. German. Bu il də tut yemədik. Bakı şəhəri, ” Təknur ” nəşriyyatı, 2008.
6. Adil Irshadoqlu – Aliyev – https://www.youtube.com/user/A1953IO1993/videos
7. IRSHAD TV – https://www.youtube.com/channel/UCRF1BTUq0yIHcaYv2-scQnA/videos
8. Adil Irshadoqlu – Aliyev – https://qarabaqliadil.web.tv/
9. REALİST ADİL – http://adilirshadoglu.blogspot.com/
10. VƏTƏNSEVƏRLƏR – http://realistadil.blogspot.com/
11. Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883-1993). I kitab. Bakı, 2016
ƏLAQƏ : E mail : [email protected]
[email protected]Telefon : +994505895953 ;
ŞƏXSİ SAYTI : http://www.irshadtv.com/
BLOQU – REALIST ADIL : https://adilirshadoglu.blogspot.com/?fbclid=IwAR2dx0c-2bmYH0eIx0hQ9rytrkkP5lwmBnm2Nhwe_JsfQutJD9VTI3h8tEg
BLOQU – VƏTƏNSEVƏRLƏR : https://realistadil.blogspot.com/?fbclid=IwAR3tnv53s23dA1Pa5XU9WY08sSmRn3Zbrj0Pw4RA-vHv3U-dqY1Z5xgn8Ao
KANALI : https://www.youtube.com/channel/UCj7j3EEpOdv1rZlJrMemCdw/videos?view_as=subscriber
KANALI : https://qarabaqliadil.web.tv/?fbclid=IwAR1cttMIO-Osx2QOVyZctodxuAJogtZEjqp4LQOGP8E8wsJGE5Op-tctSLw
KANALI : https://www.youtube.com/user/A1953IO1993/videos?view_as=subscriber
KANALI : https://www.youtube.com/channel/UCMADNjOn_C9o95FT1ZPd1CA?view_as=subscriber
Facebook – 1 : https://www.facebook.com/REALIST.A.Irshadoglu
Facebook – 2 : https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/?ref=bookmarks
Twitter: https://twitter.com/aliyev_adil